ABŞ-da yerləşən fast food şəbəkəsinin istehsal etdiyi hamburger sosial mediada müzakirələrə səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "TikTok”da paylaşım edən avstraliyalı alıcı hər ölkədə filialları olan "fast-food” şəbəkəsindən 3 ay əvvəl aldığı üç qatlı hamburger ilə yeni aldığı hamburgeri müqayisə edib.
"TikTok” istifadəçisi 3 ay əvvəl aldığı hamburgerin kiflənmədiyini və çürümədiyini göstərib.
3 ay əvvəl alıb soyuducuda saxladığı hamburgerin təzə hazırlanmış hamburgerdən kiçik olduğunu bildirən kişi "Kif yoxdur, çürük yoxdur, ət hələ də sərtdir. Necə oldu ki, kahı 3 ay ərzində çürümədi? Bu yeyəcək plastik kimidir”, - deyə bildirib.
Onun sözlərinə görə, "fast-food” məhsullarının tərkibində kimyəvi maddələr var.
Ayşən