Məşhur stadionun adı dəyişdirildi

Məşhur stadionun adı dəyişdirildi
İDMAN
14:17 26.09.2025
182
"Real Madrid" klubu "Santyaqo Bernabéu" stadionunun adında dəyişiklik edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, klub kommersiya məqsədləri ilə "Santyaqo" sözündən imtina edərək arenanı yalnız "Bernabéu" kimi təqdim edəcək.

Artıq Paseo de la Castellana fasadında yeni hərflərin quraşdırılmasına başlanılıb. Bu dəyişiklik azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar stadionun tarixi adının qorunmamasına etiraz edirlər.

Hazırda təmir işləri yekun mərhələdədir. Klub bu mövsüm səs izolyasiyası da daxil olmaqla bütün layihəni başa çatdırmağı planlaşdırır.

Gülay
OXŞAR XƏBƏRLƏR