Məşhur tamada qanlı hadisədən DANIŞDI: “Kürəyimdən 4 dəfə bıçaq vurdular” – VİDEO

Məşhur tamada qanlı hadisədən DANIŞDI: “Kürəyimdən 4 dəfə bıçaq vurdular” – VİDEO
MAQAZİN
00:08 11.12.2023
605
Xəbər verdiyimiz kimi, ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən "Altun saray” şadlıq evində məşhur tamada, "Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlu bıçaqlanması hadisəsindən söz açıb.

AZXEBER.COM bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!” səhər şousunda danışıb.

Natiq başına gələn bıçaqlanması olayını belə nəql edib: "Çox böyük zövqlə o toya getdim. Məclis bitdi, ev sahibi gedib pulu saydılar. Foyedə dayanmışdım, "Laçın” ansamblının üzvləri, musiqiçilər də yanımda idilər.  Onlar arasında mənə verilən pulu böldüm və yaxınlaşdım "terminala” qalan pulu ödəyəm. Bu anda 17 yaşlı bir gənc oğlan, ofisiant qabağıma çıxıb söylədi ki, "Ə, bu uşağın pulunu niyə vermirsən?” Mən də o ofisiantlardan birinə pul vermişəm, digərinə də verməli idim. Onun mənə "Ə” deyə müraciət etməsi toxundu və xoşuma gəlmədi. Ona sual verdim ki, kimə "Ə” deyirsən? Cavabında gənc mənə  "Sənə” deyirəm dedi.  Mən də ona söylədim ki, "”Ə” səni böyüdən atandır”. Sonra zaldan 3 nəfə qarşıma çıxdı. Elə bildim ki, onlar kababçılardı. Onlar mənə sual verdilər ki, bu ofisiant oğlanla niyə elə danışırsan? Cavab verdim ki, o, mənim oğlum yaşımdadır. Dedilər ki, o oğlana heç nə deyə bilməzsən.  Söylədim ki, bəs biz Lerikə toy məclisinə gedirik və oğlum arxada durub məni gözləyir. Oğlum onların mənə dediyi sözləri eşitdi və bu sözləri götürmədi. Dava düşdü… Mən oğlum Məhəmmədi qorudum. Arxamda baş verənlərdən xəbərim olmadı. Allah heç kimə etibarsız dost qismət eləməsin. Musiqiçilər hansılara ki, çörək verərim hadisəni görüb haray qoparmadılar. Musiqiçilər heç biri yaxına belə gəlmədilər. Qorxularından özlərini az qala pilləkəndan atırmışlar. Onlar kürəyimə dörd bıçaq zərbəsi vurdular. Çöndüm gördüm ki, oğlumun ağ köynəyi qandır. Sən demə mənim əlim öz qanıma dəyib mən də o əllə oğluma toxunmuşam. Elə bu anda qorxdum ayağım əsdi. Onun köynəyinin yaxasını tez cırdım gördüm ki, yaralanmayıb. Məhəmməd dedi ki, ata heç nə yoxdur. Söylədim ki, ata qurban gedək. Allaha and olsun ki, yaralandığımdan xəbərim belə olmayıb. Birdən restorandan çalışan qadın xidmətçilərdən biri söylədi ki, sizin şalvarınız bulaşıb. Üzümü arxama çevirib gördüm ki, döşəmənin hər yeri qandır. Oğlum dedim ki, qorxma. Təcili tibbi yardım gəldi. Onlara söylədim ki, övladlarım cavandır, toylarının olmasını gözləyirəm, qoymayın ki, mən öləm. Ondan sonra nələrin baş verdiyindən xəbərim belə olmadı”.

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının "Sizi bıçaqlayan şəxsi bağışladınız?” sualına N.Dağlaroğlunun cavab reaksiya belə olub: "9 gün xəstəxananın reanimasiya şöbəsində yatdım. Mənə 4 bıçaq zərbəsi vuran şəxsləri bağışladım. Hərçənd dedilər ki, mən güya adam tutdurmuşam. Həmin o musiqiçi dostları bu gün də yanımda işləyirlər. Amma onlara mənim yanımda bir kəlmə söz desələr mən ölümə gedərəm”.

Qeyd edək ki, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib. O deyib ki,  Natiq Dağlaroğlu ilə yanaşı, oğlu da Məmmədin üzərinə gəlib.

O, hadisənin həmin an baş verdiyini deyib. Həmçinin o qeyd edib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir