Məşhur rusiyalı teleaparıcı, jurnalist Kseniya Sobçak tamaşa məşqləri zamanı soyunub.ANS PRESS-in məlumatına görə, rus jurnalist öz mikrobloqunda bildirib ki, o, martın 4-də "Evlilik" tamaşasında oynayacaq. 33 yaşlı Sobçakın tamaşadakı tərəf müqabili isə öz həyat yoldaşı - 42 yaşlı aktyor Maksim Vitorqan olacaq. Bu xəbərdən sonra bir çoxları Sobçakın tamaşadakı rolu həyat yoldaşının sayəsində aldığını deyiblər.Tamaşa məşqlərində çəkilən şəkillər internetdə yayılandan sonra isə internet saytlar teleaparıcı və jurnalist Kseniya Sobçakın bədən quruluşundan yazıblar. Bəziləri jurnalistin bir vaxtlar sahib olduğu bədən quruluşundan heç bir əsər-əlamətin qalmadığını, onun kökəldiyini bildiriblər.