Rusiyalı reper və "TikTok" fenomeni Viktoriya Lerman evinin hamamında dəhşətli şəkildə ölüb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib.
İlkin araşdırmalara görə, evdə isti vanna qəbul edən 32 yaşlı Viktoriya Lerman ağır yanıqların yaratdığı ağrı şokundan huşunu itirib.
O, huşunu itirdikdən sonra üzü birbaşa krandan axan qaynar suyun altına düşüb. Saatlarla həddindən artıq isti suda qalan gənc qadın ölüb.
Rəsmilər hadisənin təsadüfi ölüm hesab ediblər, lakin Viktoriyanın yaxın ətrafı bu faciənin arxasında qətlin ola biləcəyini düşünür.
Faktla bağlı araşdırma başlanılıb.
Mikayıl