Türkiyənin "Möhtəşəm Yüzyıl” serialında Hürrəm Sultan obrazı ilə yadda qalan Meryem Üzərlinin şöhrəti Türkiyə sərhədlərini aşıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Meryem Üzerlinin fanatı olan Ər-Riyadlı bir ailədən 4 milyon lirəlik ( təxminən 200 min manat) təklif aldığı və həmin ailə ilə nahar etdiyi iddia edilib.
"Möhtəşəm Yüzyıl” serialı dünyanın 55 ölkəsində nümayiş olunarkən, dünyanın hər bölgəsindən Üzerlinin pərəstişkarları yaranmağa başlayıb.
Üzerli daha sonra başqa iş üçün Özbəkistana gedib.
Qeyd edək ki, qızları və sevgilisi ilə Almaniyada yaşayan Üzerli reklam çəkilişləri üçün tez-tez Türkiyəyə gedir.
Oksana