Trabzonun Arsin mahalında, Kadir İnanırın da içində olduğu mikroavtobusla avtomobil toqquşub.
Yol qəzasında, ''Əlvida Katya'' adlı filmin çəkilişləri üçün Trabzonda olan məşhur kino aktyoru ilə birlikdə daha 2 nəfər yüngül yaralanıb. Ayağından kiçik xəsarət alan Kair İnanır, xəstəxanaya getməkdən imtina edib. Digər iki nəfərin də vəziyyətinin yaxşı olduğu öyrənildi.