Türkiyənin “Yeşiçam” dövrünün ən məşhur aktyorlarından biri Tamer Yiğit səhhətində yaranan nasazlıq səbəbindən xəstəxanaya aparılıb. Məlumata görə, 5 gündür “Çapa” tibb fakultəsinin Ürək Damar cərrahiyyəsi şöbəsinə çatdırılan 70 yaşlı aktyor nəfəs darlığından əziyyət çəkir. Reanimasiya otaqğında olan Yiğidin vəziyyəti ağır kimi qiymətləndirilir.Tamer Yiğit 1942-ci ildə Balıkesir vilayətində dünyaya gəlib. İzmir İqtisadi Ticari elmlər akademiyasında tələbə ikən “Ses” jurnalı tərəfindən təşkil olunan “Qapaq Ulduzu” müsabiqəsində 1-ci yeri tutaraq kino dünyasına addım atır.Azərbaycan tamaşaçılarının müstəqilliyin ilk illərində “AzTv”də yayımlanan “Yuva” serialındakı Camal usta obrazı ilə tanıdığı Tamer Yiğit 170-dən çox filmdə çəkilib. Bundan başqa aktyor “Kurtlar Vadisi Pusu” serialında biznesmen Ali Selçuk Toros rolunda çəkilib cə sui-qəsdə məruz qalaraq filmdən ayrılıb.