Məşhur türk müğənnisinin gizli evliliyi ortaya çıxdı

MARAQLI
12:10 24.12.2011
2532

Əmrahın şəxsiyyət vəsiqəsində "Boşandı" yazılır

Bir zamanlar "Kiçik Əmrah" kimi tanınan türk müğənnisi Əmrah İpekin illər öncə evlənib boşandığı məlum olub. ANS PRESS Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illərdir evlənməsi üçün anasının ona təzyiq etdiyini söyləyən Əmrahın şəxsiyyət vəsiqəsinin ailə vəziyyəti bölümündə "Boşandı" yazılır. Əmrahın əmisi oğlu Nedret İpek tərəfindən ortaya çıxarılan şəxsiyyət vəsiqəsindəki "Boşandı" yazısı söz-söhbətə səbəb olub. Məsələnin iç üzünü isə Nedret İpek belə anladıb: "Əmrahın illər öncə Almanyada yaşayan əcnəbi bir qadınla anlaşmalı evliliyi olmuşdu. Bu, formal evlilik olduğundan gizli saxlanıldı. Hər kəs hələ də anası Aytən xanımın onu evləndirəcəyini düşünür. Əslində isə Əmrah əsgərliyə getməmək üçün xaricdə yaşadığını sübut etmək istəyirdi. Ancaq Almanyadakı o xanım bunun əvəzində tez-tez pul pul istəyirdi. Əmrah da o evliliyi bitirdi, boşandı və gedib əsgərliyini çəkdi".

OXŞAR XƏBƏRLƏR