Türkiyənin ATV kanalında yayımlanan “Benim için üzülme” serialında “SOCAR”la bağlı maraqlı məqam ortaya çıxıb.
AZXEBER.COM-un məlumatına görə, ATV kanalında yayımlanan “Benim için üzülme” serialının 7-ci bölümünün sonunda “SOCAR”a təşəkkür edilib. Şirkətin layihəyə hansı formada dəstək verməsi hələlik məlum deyil.
Qeyd edək ki, “Benim için üzülme” serialı Türkiyənin tanınmış müğənnisi və rejissoru Mahsun Kırmızıgülün layihəsidir.