Türkiyənin kino və teatr sənətçisi, "Çocuklar duymasın" serialının "Haluk" rolunun ifaçısı Tamer Karadağlı, Bursansanın İznik bölgəsində motosikleti ilə qəza keçirib.
Baykerliyi sevən 47 yaşlı aktyor 35 nəfərlik bayker qrupunun tərkibində Bursanın İznik rayonuna yollanmışdı. Naharı istanbullu iş adamı olan dostunun Darkadakı kempinqdə edən və sonra da şəhəri dolaşan Tamer Karadağlı İstanbula qayıdarkən 34 ES 1195 nömrə nişanlı Harley Davidson markalı motosikleti ilə döngədə aşıb.
İki qolu qırılan aktyor özəl helikopterlə İstanbula aparılıb. O, hazırda "International Hospital"dadır.
Qəzadan 20 dəqiqə əvvəl T.Karadağlı Darkada pərəstişkarlarıyla fotolar çəkdirmişdi