"Mutfak Bahane" verilişinin tanınmış aparıcısı Nursel Ergin ikinci dəfə xərçəngə tutulduğunu açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, o, əvvəlcə uşaqlıq yolu xərçəngi, hazırda isə süd vəzi xərçəngi olduğunu bildirib.
Bu müddət ərzində yaşadıqlarından danışan Ergin saçlarının töküldüyünü, parkidən istifadə etdiyini etiraf edib:
"İlk dəfə xərçəng uşaqlıq boynunda yaranmışdı amma mən ona qalib gəldim. Çox Təəssüf ki, artıq ana ola bilməyəcəyəm çünki əməliyyatla qadın orqanlarım götürülüb. Bunun travmasından təzə uzaqlaşmışkən, öyrəndik ki, xərçəng metastaz verib və mən artıq süd vəzi xərçənginə də tutulmuşam. Yaxşı ki, zamanında bildik yoxsa az qala sümüyə keçəcəkdi. Bunu biləndə üsyan etdim və dedim ki, yaşamaq istəmirəm, Allahım, canımı al. Artıq saçlarım da yoxdur, parik taxıram. Bu hissi ancaq o kimyəvi şüaları qəbul edənlər başa düşə bilər".
Aysel