Məşhur türkiyəli bloqerin iddialarına DYP-dən CAVAB

Məşhur türkiyəli bloqerin iddialarına DYP-dən CAVAB
SOSİAL
10:50 15.12.2023
178
Azərbaycanda səfərdə olan türkiyəli bloqer Alper Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib.

O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.

AZXEBER.COM-a verilən məlumata görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:

"Türkiyəli bloqer Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.
O əlavə edib ki, "Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:

"Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.
 

 

 


OXŞAR XƏBƏRLƏR