Məşhur ukraynalı yazıçı döyüşdə həlak oldu

Məşhur ukraynalı yazıçı döyüşdə həlak oldu
DÜNYA
14:41 03.04.2022
397
Məşhur ukraynalı yazıçı Yuri Ruf Luqansk vilayətində gedən döyüşlərdə həlak olub.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, Yuri Ruf Rusiyanın Ukraynaya hücum etdiyi ilk gündən - fevralın 24-dən Silahlı Qüvvələrin 24-cü mexanikləşdirilmiş briqadasının sıralarına qoşulmuşdu. Martın 3-də ilk döyüşünə çıxan yazıçı dünən həlak olub.

Qeyd edək ki, Yuri Ruf 1980-ci ildə Ternopol vilayətində anadan olub. 14 yaşında şeir yazmağa başlayan yazıçının 2011-ci ildə "Yuri Ruf" təxəllüsü ilə yazdığı kitabı nəşr olunub.

Yuri Ruf 2015-ci ildə "Millətin Ruhu" ədəbi layihəsinin əsasını qoyub. Şair və ictimai xadim kimi tanınan yazıçı evli idi və iki qızı qalıb.
OXŞAR XƏBƏRLƏR