Türkiyədə yayımlanan "Kim Milyoner Olmaq İster” verilişinin sonuncu buraxılışında İsrail-Fələstin müharibəsi ilə bağlı sual ünvanlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, iştirakçının düzgün cavab verməsindən sonra Qəzzada baş verən hücumlara reaksiya verən Kənan İmirzalıoğlu üsyan edərək deyib:
"İnşallah o torpaqlara sülh gələcək və orada uşaq, dinc insanların ölümlərinə son qoyulacaq. Hər yerdə müharibə gedir. Bu mülki şəxslərin ölümləri hamımızın ürəyini ağrıdır. Bütün dünya bir gözü bağlı, bir qulağı bağlı Qəzzada dinc insanlara baxır. Ümid edirəm ki, dünya bir an əvvəl özünə gələr. Hamı güclü olanın yanındadır".
Qeyd edək ki, 1 milyon lirəlik suala düzgün cavab verən iştirakçı Eyüp İşler müharibə ilə bağlı da suala düzgün cavab verib.
Mikayıl