Məşhur xanəndə yeni doğulan oğlu ilə bayram süfrəsində - FOTO

Məşhur xanəndə yeni doğulan oğlu ilə bayram süfrəsində - FOTO
MAQAZİN
19:34 18.03.2026
148
Müğam ifaçısı Kamilə Nəbiyeva sosial şəbəkədə ailəsi ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi həyat yoldaşı Pərvin Fətəliyev və oğlu Metexanla çəkilmiş fotolarını izləyicilərlə bölüşüb. İlk dəfə övladı ilə bağlı paylaşım edən Kamilə, oğlunun üzünü gizlədərək fotonu yayımlayıb.

Şəkillərdə Kamilə ailəsinə olan sevgisini ifadə edərək belə yazıb:

"Bayramınız mübarək, əzizlərim. Bu bahar bütün evlərə xoşbəxtlik və bol ruzi-bərəkət gətirsin, qəlblərimiz sevgi ilə dolub daşsın! Bizim bayramımız, Novruzumuz, sevincimiz, hər şeyimiz, dünya içində dünyamız, Metexan hər birinizi təbrik edir!".

Qeyd edək ki, Kamilə Nəbiyeva ötən il prodüser Pərvin Fətəliyevlə ailə həyatı qurub və hazırda xoşbəxt ailə həyatı yaşayır.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR