Məşhur xanım: "60 yaşımda da soyunacağam" - FOTO

Məşhur xanım: "60 yaşımda da soyunacağam" - FOTO
MAQAZİN
11:19 03.11.2016
1872
 
Dünyanın ən məşhur supermodellərindən olan 43 yaşlı Haydi Klum 30 yaşlı sevgilisi Vito Şnabellə birlikdə İspaniyada istirahətdədir.

H.Klum həmişə olduğu kimi, Marbelya kurortunda da çimərlikdə qurşaqdan yuxarı çılpaq, topless idi.

Klum çimərlikdə topless olmaqda qəbahət görmür. Əksinə, bunu normal sayır.

"43 yaşım var və yaşımdan da çəkinmirəm. 60 yaşımda da soyunacağam, topless olacağam. Vücudumu istənilən yaşda sevmişəm. Üstəlik, qorxusuz, cəsarətli insanam", - Klum deyib.

Hellouin bayramına onun stilində geyinmiş modellərlə qatılmış Haydi Klumun sözlərinə görə, yaşını gizlətmək, ruhdan düşmək niyyətində deyil: "Azad insanam və ürəyimə yatanı edirəm. 60 yaşımda da vücudumu sevəcəyəm".
 
///Milli.Az
 


 



 

 

OXŞAR XƏBƏRLƏR