"Kim Milyoner Olmaq İster” verilişində iştirak edən akademik qadın məntiqi suala səhv cavab verərək yarışda məğlub olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sadə sualda iştirakçının yarışı tərk etməsi sosial mediada gündəm olub.
ABŞ-da investisiya mütəxəssisi kimi çalışan və eyni zamanda 19 ildir akademik olan Damla Nurcan Özkılınc adlı iştirakçı ikinci sualda "Bir qabda 27 fıstıq var və onların 9-dan başqa hamısını yeyirsinizsə, nə qədər fıstıq qalar? - sualı verilib.
Müsabiqə iştirakçısı suala "18” cavabını verib. Amma o, suala yanlış cavab verib. Daha sonra o peşman olaraq "Bəli. Diqqətsizliyin qurbanı oldum", - deyib.
Qeyd edək ki, iştirakçının 2-ci sualda yarışı tərk etməsi sosial şəbəkələrdə gündəmə səbəb olub.
Mikayıl