Məşhur "youtuber" həbs edildi

Məşhur "youtuber" həbs edildi
DÜNYA
13:13 10.10.2024
315
Britaniyalı "YouTuber" və televiziya ulduzu Yunq Filli Avstraliyada zorlama ittihamı ilə üzləşib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Filli gecə klubunda əylənərkən otelində 20 yaşlarında bir qadına cinsi təcavüz etməkdə ittiham olunduğu üçün həbs edilib.
 
İddialara görə, sentyabrın 28-də Pertdə gecə klubunda çıxış edən Barrientos daha sonra otelində 20 yaşlarında bir qadına cinsi təcavüz edib. Reper qeyri-rəsmi cinsi əlaqədə olmaq, hücum və tənəffüs yollarını kəsməkdə ittiham olunur.
 
"İnstaqram"da 3 milyondan çox, "YouTube"də isə 1,84 milyon izləyicisi olan Fillinin sərvətinin 1-2 milyon dollar olduğu təxmin edilir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR