Dünyaca məşhur "YouTube" ulduzu Cimmi 'MrBeast' Donaldson yeni layihəsi ilə gündəmdədir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Donaldson bu dəfə Misir Piramidalarını 100 saatlıq icarəyə götürüb.
Hər üç böyük piramidanı əhatə edən bu layihə xüsusi icazə ilə həyata keçiriləcək. Bu 100 saat ərzində MrBeast və onun icazə verdiyi şəxslərdən başqa piramidalara heç kim girə və ya çıxa bilməyəcək.
Layihə çərçivəsində məşhur "YouTuber" arxeoloqların rəhbərliyi altında gizli keçidləri və tarixi sirləri araşdıracaq.
Lakin o, macəranı fərqli bir ölçüyə daşıyacaq və fövqəltəbii varlıqlara inanan dostlarını da özü ilə aparacaq. Komanda kabus ovu edəcək və piramidalardakı paranormal fəaliyyətləri araşdıracaq.
Aysel