Məşhur yunan xizəkçisi faciəvi şəkildə öldü

Məşhur yunan xizəkçisi faciəvi şəkildə öldü
DÜNYA
14:27 13.02.2024
138
Məşhur yunan xizəkçisi Konstantins Momtsis qar uçqunu altında qalaraq ölüb.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın dünyaca məşhur xizəkçi və alpinistlərindən olan 36 yaşlı Konstantins Momtsis Bolqarıstanda xizək sürərkən bir qrup xizəkçi ilə qar uçqunu altında qalıb.
 
150 metr uzunluğunda və 30 metr enində qar uçqunu altında qalan 4 xizəkçidən 3-ü axtarış-xilasetmə qrupları tərəfindən yaralanaraq xilas edilərək xəstəxanalara aparılıb. Lakin Momtsisin cəsədi saatlardan sonra tapılıb.

Momtsisin qəfil ölümü Yunanıstanda böyük ajiotaj yaradıb.
 
Bildirilib ki, onun cənazəsi yaşadığı Florina şəhərinə göndərilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR