Məşhurlardan Fədayə Laçına dəstək: "Onu qınamayın"

Məşhurlardan Fədayə Laçına dəstək: "Onu qınamayın"
MAQAZİN
12:32 31.10.2017
1690
Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın həbs olunub. Fədayənin həbsi insanlar tərəfindən bir mənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkədə bir çoxları onu tənqid edib. Fədayənin sənət yoldaşları bəziləri bu hadisədən yan qaçaraq görməzdən gəliblər.
 
AZXEBER.COM xəbər verir ki, ona dəstək olan məşhurlar da az olmayıb. Müğənni Ayan Babakişiyeva həmkarı Fədayə Laçına dəstək olub. Belə ki, Ayan sosial şəbəkədə Fədayənin "Taleh bizi yaman yerdə sınadı” mahnısını paylaşaraq "Bilmədən qınamayın, yıxılanı baltalamayın” şərhini yazıb.
 
Ayan Babakişiyeva ilə yanaşı əməkdar artistlər Lalə Məmmədova, Elza Seyidcahan müğənni Təranə Qumral, Rəqsanə İsmayılova, Nura Suri, Günel Ələkbərova da Fədayayə dəstək olublar.
 
Nazim Qasımzadə,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR