Məşq zamanı qəfil halı pisləşən Oskar xəstəxanaya yerləşdirildi

Məşq zamanı qəfil halı pisləşən Oskar xəstəxanaya yerləşdirildi
İDMAN
13:06 12.11.2025
165
Braziliyalı futbolçu Oskar xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, hazırda "San-Paulu”da çıxış edən 34 yaşlı yarımmüdafiəçinin ürəyində problem aşkarlanıb. Bu, planlı tibbi müayinə zamanı müəyyən olunub. Məşq prosesində Oskar özünü pis hiss edib və təxminən iki dəqiqə huşsuz vəziyyətdə qalıb.

Klubun mətbuat xidməti futbolçunun durumunun sabit olduğunu açıqlayıb: "Oskar xəstəxanaya aparılıb, vəziyyəti stabildir. Əlavə tibbi testlərdən keçiriləcək”.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR