UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə PSJ ilə qarşılaşan “Barselona” ciddi itki verib.
AZXEBER.COM-un məlumatına görə, kataloniyalıların lideri Lionel Messi zədələnərək 2-ci hissəni ehtiyatda keçirib.
Argentinalı ulduzun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir. Dəqiq diaqnoz isə bugünkü tibbi müayinədən sonra qoyulacaq.
Qeyd edək ki, PSJ – “Barselona” matçı 2-2 hesabı ilə başa çatıb.