İspaniyanın Barselona şəhər məhkəməsi “Barselona” klubunun və İspaniya yığmasının hücumçusu Lionel Messi haqqında çıxardığı qərarın ləğv edilməsindən imtina edib.Məhkəmədə dövlət ittihamçısı 4 milyon avro dəyərində vergi ödənişindən boyun qaçırmaqda təqsirli bilinən Messi haqqında qərarın ləğv olunmasını tələb edib.Hakim Messinin vergidən yayınması ilə bağlı kifayət qədər dəlillərin olduğunu əsas gətirərək dövlət ittihamçısının tələbini qəbul etməyib.