Messi Argentinadakı evinə polisin köməyi ilə girdi - VİDEO

İDMAN
12:54 21.12.2022
401
Xəbər verdiyimiz kimi, dekabrın 19-u dünya çempionatının final matçında Argentina millisi Fransaya qalib gəlib.
 
AZXEBER.COM xəbər verir ki, penalti seriyasında qalib gələn argentinalılar kuboku qazanıblar.
 
Qələbədən sonra Argentinanın paytaxtı Buenos-Ayres şəhərində camaat şəhərin mərkəzinə toplaşaraq qələbəni qeyd ediblər.
 
Futbolçular qələbədən sonra Qətərdən Argentinaya geri dönüblər. 
 
Argentina millisinin kapitanı, ulduz futbolçu Lionel Messi azarkeşlərin iğtişaş yaratması səbəbindən öz evinə daxil olmaqda çətinlik çəkib.
 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Bildirək ki, Messi evinə yalnız polisin köməyi ilə girə bilib.
 
Həmin görüntüləri təqdim edirik:
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR