“Barselona”nın hücumçusu Lionel Messi futbolçu karyerasını vətəni Argentinada bitirmək istədiyini açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, ESPN-ə müsahibəsində o deyib ki, bu hadisənin nə zaman baş verəcəyini özü də bilmir. Amma Messi ilk dəfə olaraq, “Barselona”dan sonra hansı klubda oynamaq istəməsindən danışıb.
“Futbolu vətənim Argentinada və sabiq komandam “Newell old Boys” komandasında başa vurmağı düşünürəm” – deyə o qeyd edib.