Messi Bekhemin klubu ilə danışıqlar aparır

Messi Bekhemin klubu ilə danışıqlar aparır
İDMAN
13:42 22.08.2021
1262
Fransa PSJ-sinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubu ilə danışıqlar aparır.

Devid Bekhem argentinalı hücumçunun karyerasını bitirməmişdən əvvəl özünün komandasında oynamasını istəyir. Bu məqsədlə Bekhem Messi ilə danışıb. 34 yaşlı forvardın bu yaxınlarda Mayamidə bir neçə ev aldığı bildirilir.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən İspaniyanın "Barselona" komandasında oynayıb. Onun bu ilin iyununda başa çatan sözləşməsi uzadılmayıb. Avqustun 10-da Messi PSJ ilə sonradan daha bir mövsüm uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR