Messi 'Braziliya'ya şou göstərdi - VİDEO

İDMAN
12:31 10.06.2012
2086
Futbol üzrə Argentina və Braziliya milliləri Nyu-Yorkda yoldaşlıq oyununda qarşılaşıblar. AZXEBER.COM-un məlumatına görə, qarşılaşma Alexandro Sabelyanın yetirmələrinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.Qaliblərin heyətində ulduz futbolçu Lionel Messi oyunda het-trikə imza atıb (31, 34 və 85-ci dəqiqələr), müdafiəçi Federiko Fernandes isə bir dəfə (76-cı dəqiqə) fərqlənib. Braziliya millisindən Borxes Romulu (23-cü dəqiqə), Oskar dos Santos (56-cı dəqiqə) və Halk (72-ci dəqiqə) qol vurublar. Hər iki komanda oyunu 10 nəfərli bitirib. 90-cı dəqiqədə arcentinalı Esekyel Lavessi və braziliyalı Marselu qırmızı kart alıblar.Beləliklə, Argentina millisi dalbadal dördüncü rəsmi oyunda qələbə qazanmış olub. Braziliya yığması isə ardıcıl iki oyundur məğlub olub. Braziliyalılar iyunun 3-də Meksika millisinə 0:2 hesabı ilə məğlub olmuşdular.

OXŞAR XƏBƏRLƏR