Messi daha bir rekorda imza atdı

İDMAN
09:49 10.07.2024
177
Argentina millisinin hücumçusu Lionel Messi Kanada yığmasının qapısına 2024-cü il Amerika Kubokunun yarımfinalında qol vurub (2:0).

AZXEBER.COM xəbər verir ki, 37 yaşlı futbolçu 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatından başlayaraq ardıcıl 10 böyük turnirdə qol vurmağı bacarıb. Ümumilikdə Messi bu müddət ərzində 27 qola imza atıb.

Xatırladaq ki, hazırkı Amerika Kuboku turnirində Messi dörd oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

2024-cü il Amerika Kubokunun finalında argentinalılar iyulun 11-də baş tutacaq Uruqvay-Kolumbiya yarımfinalının qalibi ilə oynayacaq.

Turnirin hazırkı qalibi 2021-ci ilin finalında Braziliya millisini 1:0 hesabı ilə məğlub edən Argentina millisidir.

OXŞAR XƏBƏRLƏR