"İnter Mayami" futbol klubu argentinalı hücumçusu Lionel Messi ilə yeni müqavilə ilə bağlı danışıqları uğurla başa çatdırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalistlər Nikolo Skira və Xavi Kampos bildiriblər.
Mənbələrin məlumatına görə, 38 yaşlı futbolçu ilə klub rəhbərliyi bütün şərtlərlə bağlı razılığa gəliblər. Müqavilənin müddətinin uzadılması yaxın həftələrdə elan ediləcək.
Yeni müqavilə 2028-ci ilin sonuna qədər nəzərdə tutulub. Qeyd olunur ki, qarşılıqlı razılaşmaya əsasən, Messi müqaviləni 2026-cı ilin sonunda, "İnter Mayami" isə 2027-ci ilin sonunda ləğv edə bilər.
Argentinalının hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-də başa çatır. Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. O, klubun heyətində keçirdiyi 69 matçda 58 qol vurub və 28 məhsuldar ötürmə edib.