'Messi mənim rekordumu yeniləyə bilməz'

İDMAN
17:12 11.12.2012
1587
"Messi mənim rekordumu təkrarlaya bilməz". Bunu Kiyev "Dinamo"su və Rusiya yığmasının keçmiş üzvü Oleq Salenko bildirib. Futbolçu 1994-cü il dünya çempionatında Rusiya yığma komandasının heyətində Kamerun millisinin qapısına vurduğu beş qolu nəzərdə tutub.AZXEBER.COM-un məlumatına görə, O. Salenko Messinin bu il rəqib qapılarına 86 qol vurmasına da münasibət bildirib: "Bu göstərici Lİonel Messinin göstərdiyi futbol qarşılığında normaldır. Lionel Müller kimi sadə şəkildə qol vurmur. O, rəqib komanda futbolçularının yarısını aldadaraq topu tora qovuşdurur. Düşünürəm L. Messi hələ çox rekordlar vuracaq". Oleq Salenko bununla belə Lionel Messinin onun rekordunu təzələyəcəyini güman etmir.

OXŞAR XƏBƏRLƏR