Messi Niderland millisinin futbolçusunu təhqir etməsinə görə problemlə üzləşdi – İntizam araşdırmasına başlanıldı

İDMAN
14:40 12.12.2022
367
Argentina millisinin ulduz futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir etmişdi. Hadisə Messi "TyC Sport"un canlı efirində müsahibə verən zaman yaşanıb. 35 yaşlı hücumçu Veqhorsta "Nəyə baxırsan, axmaq? Get buradan" deyib.

Bu hadisədən sonra Lionel Messi problemlə üzləşib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisələrdən sonra hakimə də sərt reaksiya verən Messi və Emiliano Martinez barəsində FİFA intizam araşdırmasına başlayıb.

Matçdan sonra Lionel Messi hakim haqda "Bu səviyyəli matça belə hakim verə bilməzsiniz. Hakimlə bağlı fikir bildirsəm, cəzalandırılacağam" fikirlərini ifadə etmişdi. Qapıçı Emiliano Martinez matçdan sonra isə "Lahoz dünya çempionatında gördüyüm ən pis hakim idi. O, matçın heç-heçə bitməsi üçün 10 dəqiqə əlavə vaxt verdi", - deyə narazılığını ifadə edib.

Aydın
OXŞAR XƏBƏRLƏR