ABŞ-nin "İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə "Qızıl top” mükafatına namizəd ola bilər. Bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, texniki baxımdan hansı liqada çıxış etməsindən asılı olmayaraq istənilən futbolçu bu mükafatı qazana bilər.