“Barselona”nın hücumçusu Lionel Messi “Real”la “Kral kuboku”nun yarımfinal mərhələsinin cavab oyununda “El-Klassiko”da Roberto Karlosdan sonra 24 dəfə forma geyinmiş ikinci əcnəbi oyunçu olub.
AZXEBER.COM-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 1996-2007-ci illərdə “Real”ın formasını 370 dəfə geyən Roberto Karlos “Barselona”ya qarşı 24 matça çıxıb.Eyni zamanda Messi bu mövsüm “Barselona”nın heyətində 38 oyunda 49 dəfə qol vurub və 23 “El-Klassiko” matçında 17 qol vurmaqla klubun rekordunu təzələyib.