Messi Ronaldo ilə rəqabətdən danışdı: "10-15 il zirvədə qaldıq"

İDMAN
18:59 31.10.2023
241
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Əl-Nasr"ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə rəqabətinin əla olduğunu bildirib.

Ulduz futbolçu bu barədə "L'Equipe" nəşrinə müsahibəsinə deyib.

"İdman baxımından çox gözəl mübarizə oldu. Biz bu rəqabətdən qidalandıq, çünki ikimiz də rəqabəti sevirik. O da həmişə qalib gəlmək istəyirdi. Həm bizim, həm də futbolu sevənlər üçün çox xoş bir dövr idi.

Düşünürəm ki, biz həqiqətən də zirvəyə qalxmağa və orada uzun müddət qalmağa layiq idik. Zirvəyə doğru irəliləmək asandır, orada qalmaq isə çətindir və biz 10-15 il zirvədə qaldıq. Bu, çox çətindir və bunu etmək heyrətamizdir. Bu, bizi izləyən hər kəs üçün gözəl bir xatirə olacaq", – argentinalı bildirib.
OXŞAR XƏBƏRLƏR