"Messi Ronaldu üçün yaxşı stimuldur" - Alleqri

"Messi Ronaldu üçün yaxşı stimuldur" - Alleqri
İDMAN
10:37 03.05.2019
3186
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştianu Ronaldu haqda danışıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun A seriyasının ən yaxşı bombardiri olmaq istədiyini deyib: "Messi Ronaldo üçün yaxşı stimuldur. Bizi qarşıda derbi gözləyir. Messi klubu üçün 600-cü qolunu vurdu. Ronaldo da öz qol göstəricisini yaxşılaşdırmağa çalışacaq. O, A seriyasının ən yaxşı bombardiri olmaq istəyir".

Qeyd edək ki, Ronaldu bu mövsüm ölkə çempionatında indiyə kimi 20 qol vurub. Hazırda A seriyasında bombardirlər siyahısında ilk pillədə "Sampdoriya"nın hücumusu Fabio Kvalyarelladır (23 qol).
OXŞAR XƏBƏRLƏR