Messi Ronaldunun "Yuventus"a keçidindən danışdı

Messi Ronaldunun "Yuventus"a keçidindən danışdı
İDMAN
23:53 03.09.2018
5953

"Barselona"nın futbolçusu Lionel Messi Kriştiano Ronaldunun "Real"dan ayrılaraq "Yuventus"a transfer olunmağına münasibət bildirib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun Turin klubuna keçidinə təəccübləndiyini deyib: "Sözün düzü, Ronaldunun "Real"ı tərk edəcəyini gözləmirdim. Madridlilər onun gedişi ilə çox şey itirdilər. Mən onunla çox klubun maraqlandığını eşidirdim. Ancaq "Yuventus"a keçməsi ən az ehtimal edilən variant idi. Mən, həqiqətən, bu transferə təəccübləndim. Amma "Yuventus" çox yaxşı komandadır. Onlar avrokuboklarda əsas favoritlərdən olacaq".

L.Messi "Real"da Ronaldudan başqa, yaxşı futbolçuların olduğunu bildirib: "Bu klub titullar uğrunda mübarizə aparmağa davam edəcək".

 

Qeyd edək ki, Ronaldu bu yay "Real"dan "Yuventus"a transfer olunub.

OXŞAR XƏBƏRLƏR