Messi: ''Spartak'a qalib gəlmək asan olmadı''

İDMAN
14:47 20.09.2012
1361

"Barselona"nın hücumçusu Lionel Messi dünən keçirilən "Spartak" (Moskva) klubu ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Messi "Spartak"la oyunun çox çətin keçdiyini bildirib:

"Rəqib komanda tamamilə arxaya çəkilərək müdafiə olunurdu. Təbii ki, bu tip oyunlarda qələbə qazanmaq asan deyil. Üstəlik onların çox sürətli hücumçuları var idi ki, bundan da maksimum yararlandılar. Ancaq bizruhdan düşmədik və lazımi qolları vura bildik".

Qeyd edək ki, "Barselona" ÇL-in qrup mərhələsinin ilk oyununda "Spartak"ı 3:2 hesabı ilə məğlub edib.

OXŞAR XƏBƏRLƏR