Messi və Ronaldoya bəd xəbər - CƏDVƏL

İDMAN
15:50 18.07.2014
1354
Braziliyanın “Pluri Consuloria” şirkəti bu il keçirilən dünya çempionatının 50 ən bahalı futbolçunun siyahısını açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, şirkətin araşdırmalarına görə, Argentina yığması və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin transfer qiyməti 2,4 milyon avro aşağı düşərək 135,2 milyon avro olub.“Real Madrid” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun da transfer qiyməti düşüb. Bu futbolçunun dəyəri 7,2 mln. avro azalaraq 98,1 mln. avro olub.DÇ-2014-ün bombardiri kolumbiyalı Ceyms Rodriqesin transfer qiyməti isə 16,5 mln. avro artaraq 53,6 mln. avroya çatıb.
OXŞAR XƏBƏRLƏR