Messi və Suares futbol klubu təsis ediblər

Messi və Suares futbol klubu təsis ediblər
İDMAN
02:50 28.05.2025
852
"İnter Mayami” klubunun futbolçuları – səkkizqat "Qızıl top” sahibi Lionel Messi və İspaniya çempionluğunu beş dəfə qazanmış uruqvaylı Luis Suares – öz futbol klublarını yaratdıqlarını elan ediblər.

Bu barədə Suares "X" hesabında paylaşım edib.

Yeni yaradılmış komanda "Deportivo LSM” adlanır və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək.

"LSM” futbolçuların adlarının baş hərflərini ifadə edir.
OXŞAR XƏBƏRLƏR