Messi yenidən dünyada birinci oldu

İDMAN
18:58 31.07.2012
1589

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2012-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, siyahıya Argentina millisi və "Barselona"nın ulduzu Lionel Messi başçılıq edir.

Messi 2012-ci ildə vurduğu 15 qolla bütün rəqiblərini qabaqlayıb. "Barselona"da 8 qola imza atan "Leo" milli komandanın heyətində 7 dəfə rəqib qapısına yol tapıb.

Siyahıda ikinci pilləni isə 12 qolla Misirin "Əl Əhli" klubunun futbolçusu Mohamed Aboutreyka tutub. Misirli futbolçu 2012-ci ildə 6 dəfə klubunda, 6 dəfə isə millisinin heyətində fərqlənib.

İlk üçlüyü isə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunun futbolçusu Rikardo Oliveyra qapayıb. Braziliyalı futbolçu 2012-ci ildə cəmi 12 qol vurub ki, bunların da hamısına "Əl-Cəzirə"nin heyətində imza atıb.Qeyd edək ki, "Real" (Madrid) klubunun ulduz futbolçu Kriştiano Ronaldo 10 qolla siyahıda 8-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR