Messidən karyerası ilə bağlı ETİRAFLAR

İDMAN
19:53 27.03.2024
258
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi karyerası ilə bağlı açıqlamalar verib. 

Onun sözlərinə görə, 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında millinin heyətində qalib gələ bilməsəydi, böyük ehtimalla Argentina millisindəki karyerasını başa vuracaqdı.

"Dünya Kubokunu qazanmaq bizim, ailələrimiz və bütün ölkə üçün sehrli bir hiss idi. Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq. Yəqin ki, titul qazanmasaydım, milli komandadan ayrılacaqdım. Amma xoşbəxtlikdən qalib gəldik və Argentinaya növbəti qələbə qazandırdıq", - futbolçu deyib.

Messi futbolçu karyerasına son qoyacağı vaxt ilə bağlı sualı cavablandıraraq, artıq oyundan həzz almadığını və komandasına kömək etmədiyini hiss edən kimi futbolu tərk edəcəyini etiraf edib.
Xatırladaq ki, Messi 2022 Dünya Kubokunda Argentina yığmasının kapitanı olub. Fransa ilə finalda hücumçu dubla imza atıb. Messi turnirin ən yaxşı oyunçusu seçilib.

36 yaşlı ulduz futbolçunun "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.
 
///baku.ws

OXŞAR XƏBƏRLƏR