Xəbər verdiyimiz kimi, Qətərin ev sahibliyi etdiyi 2022 FIFA Dünya Çempionatının final matçında Argentina və Fransa milliləri Lusail stadionunda üz-üzə gəlib. Argentina Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.
AZXEBER.COM xəbər verir ki, Dünya Çempionatından sonra Messinin məşhur türkiyəli Nusretə münasibəti sosial mediada gündəm olub.
Belə ki, dünyaca məşhur restoran sahibi Nusret Gökçe matçın sonunda Argentinanın ulduzu Messinin yanına gedib. Lakin Messi Nusretin bütün cəhdlərinə baxmayaraq, ona yaxınlaşmayıb.
Messi arxasını çevirərək meydanı tərk edib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən










































