Messidən oyun sonrası gözlənilməz açıqlama: “Turnir başlamazdan əvvəl…”

İDMAN
11:38 14.12.2022
446
Ötən gecə Argentina Dünya Çempionatının yarımfinalında Xorvatiyaya 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qarşılaşmadan sonra mübarizənin ən yaddaqalan siması Lionel Messi açıqlamalar verib.

Leo Messi bacaracaqlarına əmin olduqlarını qeyd edib:

"Bu, oynadığım ən yaxşı Dünya Kuboku olub-olmadığını bilmirəm, amma burada uzun müddət vaxt keçirməyimdən həzz alıram. Biz bu komandanın bunu bacaracağına əmin idik, nə olduğumuzu bilirik və insanların bizə inanmasını istəyirik”.

Messi bildirib ki, əvvəl ən güclü namizəd kimi göstərilməsələr də, onlar özlərini göstərməyi bacarıblar:

"Turnir başlamazdan əvvəl biz ən güclü namizəd kimi göstərilmədik, ancaq matç-maçt özümüzü göstərdik və indi Argentina növbəti dəfə finaldadır. Gəlin, bunun dadını çıxaraq”.

Aydın
OXŞAR XƏBƏRLƏR