Messidən Papaya hədiyyə

İDMAN
10:40 16.03.2013
1508
Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun oyunçusu Lionel Messi argentinalı kardinal Xorxe Marino Berqolonun Roma Papası seçilməsinə sevinib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu hətta müsahibələrinidən birində 2014-cü il dünya çempionatını yeni papaya həsr edəcəyini bildirib:“Argentinalı papa bizim üçün xoşbəxtlikdir! Mən 2014-cü il Dünya Çempionatını I Françiskoya həsr etmək istərdim!”- deyə futbolçu bildirib.Məşhur hücumçu həm də Papanın duaları sayəsində Argentina yığmasının dünya birincisi olacağına ümid edir.Maraqlıdır ki, Françisko qatı futbol azarkeşdir. O, uzun illər San-Losensonun klublarından birinə azarkeşklik edib. O, ölkə yığmasına da laqeyd deyil. Messi onun ən sevimli oyunçusudur.

OXŞAR XƏBƏRLƏR