Messidən şad xəbər

DÜNYA
17:54 03.04.2013
1548

“Barselona”nın futbolçusu Lionel Messinin durumu çox da qorxulu deyil. Klubdan bildirilib ki, argentinalı futbolçu ən çoxu 10 gün yaşıl meydanlardan kənarda qalacaq. Bununla belə, o, daha tez da komandaya qoşula bilər.

Çempionlar Liqasının 1/4 finalının PSJ ilə matçında zədələnərək oyunu tərk edən argentinalı hücumçunun La Liqada “Malyorka” ilə bu həftəki görüşdə forma geyməyəcəyi dəqiqləşib. Messinin ÇL-in PSJ ilə cavab qarşılaşmasında iştirak edib-etməyəcəyi isə hələlik bilinmir.

Messi özü isə Facebook səhifəsində yazıb ki, durumu ciddi deyil: “Yaxın vaxtlarda futbola qayıdacağam”.

Qeyd edək ki, bundan əvvəl İspaniya mətbuatı Messinin üç həftə oynamayağını yazmışdı.

OXŞAR XƏBƏRLƏR