"Messini “Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin"

"Messini “Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin"
İDMAN
17:28 02.05.2019
5843
"Marsel"in futbolçusu Mario Balotelli "Yuventus"un hücumçusu Kriştianu Ronalduya sataşıb.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, italyan hücumçu, "Barselona"nın Çempionlar Liqasının yarımfinalında "Liverpul"u məğlub etdiyi oyunda cərimə zərbəsindən qol vuran Lionel Messi haqda paylaşım edib. Balotelli "instagram" hesabında etdiyi paylaşımda "Yuventus"un hücumçusu Ronalduya ilişib:

"Messi fenomendir. Futbolun yaxşılığı üçün Messini "Yuventus"un 7 nömrəsi ilə müqayisə etməyin".

"Barselona"nın "Liverpul"u 3:0 hesabıyla məğlub etdiyi oyunda Messi dubla imza atıb.
OXŞAR XƏBƏRLƏR