2012-ci ili 91 qolla başa vuran "Barselona"nın hücumçusu Lionel Messi 2013-cü ildə ilk qolunu vurub. La Liqanın XVIII turu çərçivəsində "Espanyol"la oyunda (4:0) fərqlənən argentinal futbolçu bombardirlik yarışında liderliyini bir qədər də möhkəmlədib. Bu mövsüm La Liqada qollarının sayını 27-ə yüksəldən Messi Radamel Falkaonu ("Atletiko", Madrid) 10, Kriştiano Ronaldonu ("Real", Madrid) isə 11 top qabaqlayıb. Messinin 2013-cü ildə vurduğu ilk qolu təqdim edirik: