İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin dəyəri açıqlanıb.
Qol.Az-ın məlumatına görə, "Pluriconsultoria" şirkətinin araşdırmasına əsasən argentinalı futbolçunun hazırki qiyməti 140 milyon avrodur.
Messini 96 milyon avro ilə "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo izləyir. "Mançester Yunayted"in forvadıUeyn Runi 68 milyon avro ilə üçüncü, "Barselona"lı Andres İniyesta isə 60,2 milyon avro ilə dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, 60 nəfərlik siyahıda 14 braziliyalı, 8 ispaniyalı, 7 argentinalı, 3 portuqaliyalı və 3 italiyalı futbolçu yer alıb.